Azərbaycanda məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb - FOTO

“Azərbaycanda məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb”.

“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müraciətlər, əsasən, fiziki zorakılıq faktları ilə bağlıdır:

“Amma mənəvi, psixoloji zorakılıq, seksual qısnama halları hələlik üstüörtülü qalır. Qadınlar bu məsələləri açıqlamaqdan çəkinirlər və ya iş yerlərini itirməkdən qorxurlar”.

S.Qəhrəmanova onu da əlavə edib ki, müraciətlərin artması insanların maariflənməsi ilə bağlıdır.

O bildirib ki, insanlar arasında maarifləndirmə işləri davam etdirilməlidir.

Photostock.az tədbirdən görüntülər lentə alıb:

Daha çox foto burada: Photostock.az

0.30731987953186