Dünya Oyunları: Azərbaycan idmançısı gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçirilən Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, o, sərbəst üzmə növündə 1:07:90 nəticə göstərərək 2-ci yerə sahib çıxıb.

Qeyd edək ki, Əli Vəliyev milli komandanın üzvü, uşaq paralimpiya hərəkatının yetirməsidir.

0.33528995513916