Ceyhun Bayramov: “Vladimir Makey Azərbaycanın dostu idi” - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

XİN rəhbəri bununla bağlı “Twitter“də paylaşım edib.

“Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarus vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - paylaşımda deyilir.

 

0.38148713111877