Fransa tarixində ilk dəfə mundialda ardıcıl 6 oyunu uddu

Fransa millisi tarixində ilk dəfə olaraq dünya çempionatında ardıcıl altı oyunda qalib gəlib. Bu göstəriciyə nail olmuş son yığma 2010-cu ildə İspaniya olub.

Fransa noyabrın 26-da Qətərdə Danimarkanı 2:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə çıxan ilk komanda oldu. Didye Deşamın komandası birinci turda Avstraliya millisindən güclü olmuşdu.

Fransızlar Rusiyada keçirilmiş mundialda pley-off mərhələsinin bütün dörd oyununda qalib gələrək dünya çempionu olmuşdular.

Mənbə: “Çempionat.com”

0.28909707069397