Səudiyyəli azarkeşin Levandovski sevgisi - VİDEO

DÇ-2022-nin ikinci turunda keçirilən Polşa - Səudiyyə Ərəbistanı(2:0) oyununda tribunada baş verən hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Belə ki, polşalı hücumçu Robert Levandovskinin fanatı olan səudiyyəli azarkeş milli komandasının formasının altından Levandovskinin formasını geyinib.

Futbolçunun vurduğu qola polşalı azarkeşlərdən heç də az sevinməyən ərəb Levandovskinin formasını nümayiş etdirməkdən də çəkinməyib.

Mənbə: “Out Of Context Football” “Twitter” səhifəsi

0.35503911972046