Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son” şüarı altında veloyürüş keçirilir - FOTO

Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir.

“Report”un xəbərinə görə, Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüşə “Azneft” dairəsindən start verilib.

Yürüşə velosiped üzrə Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər qatılıblar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

0.35292506217957