DİN-dən sürücü və piyadalara XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) sabah ölkə ərazisində görmə məsafəsini məhdudlaşdıracağı gözlənilən dumanlı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:

“Noyabrın 28-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tələb olunur.

Piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar”.

0.34627294540405