Jalə Təbrizli: “İranda ana dilimizə qarşı ayrı-seçkilik var”

“İranda bizim ana dilimizə qarşı ayrı-seçkilik var. Axı biz də bir millətik. İndiki münasibət bizi təhqir etməkdir”.

“Report” xəbər verir ki, bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli noyabrın 30-da Topçubaşov mərkəzi tərəfindən təşkil olunmuş “Urmu gölünün harayı” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, xüsusən də azərbaycalı qadınlar İranda zülmə məruz qalırlar:

“İranda qadın hüquqları tanınmır. Azərbaycan qadınları orada təzyiqlərlə üzləşirlər. Bizim uşaqlarımız ana dilində təhsil ala bilmirlər”.

0.28465294837952