Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Yaponiya - İspaniya matçında hesab açılıb.
hakimiyyet.az xəbər verir ki, oyunun 12-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb.
23:02
Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Yaponiya - İspaniya matçı başlayıb.
hakimiyyet.az xəbər verir ki, matç saat 23:00-da start götürüb.
22:32
Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Yaponiya və İspaniya yığmalarının start heyətləri açıqlanıb.
“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo
İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, İnyaki Uilyams
Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.