Ronaldu Portuqaliya millisinin hədəfini açıqladı – FOTO

Kriştianu Ronaldu 2022-ci il dünya çempionatında qrupda 1-ci yeri tutmaq arzusunda olduğunu açıqlayıb.

Portuqaliya 6 xalla H qrupuna başçılıq edir, Qana 2-ci yerdədir (3 xal). Son turda portuqallar Cənubi Koreya ilə qarşılaşacaq.

“Pley-off təmin olunub, lakin biz 1-ci yeri tutmaq istəyirik. Bu komanda üçün və bizim məqsədlərimiz üçün heç bir məhdudiyyət yoxdur. Gəlin daha artığını edək! Portuqaliya, irəli!”, - hücumçu sosial şəbəkədə yazıb.

 

0.35745310783386