Yevlaxda avtomobillər toqquşub: Xəsarət alanlar var

Yevlax rayonunun Hacıselli kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, kənd ərazisində VAZ-2115 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü E.Mustafayev və digər avtomobildə olan 1986-cı il təvəllüdlü K.İbrahimova xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0.38396310806274