Rusiya Federasiyasının Velikolukskiy rayon sakini Azərbaycan Respublikası vətəndaşını İvanovo kəndindəki bir evdə qeyri-qanuni qeydiyyata almaqda şübhəli bilinir.
Rusiyanın Pskov vilayətindəki Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə 1961-ci il təvəllüdlü bu qadın dekabrın 2-də azərbaycanlını qeydiyyata alıb.
Məlumatda deyilir:
“Vətəndaş əvvəllər məhkum edilməyib. Hərəkəti haqqında səmimi etiraf edib. Hazırda polis bu faktla bağlı yoxlama aparır”.