İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən hakimiyyet.az-a verilən məlumata görə, qəsəbədə ümumi sahəsi 80 m² olan birmərtəbəli beş otaqlı evin üç otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.