“Fənərbağça” niderlandlı futbolçu ilə anlaşıb

İtaliyanın “Parma” klubunun futbolçusu Ceyden Ostervolde karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O bildirib ki, 21 yaşlı niderlandlı müdafiəçi İstanbul təmsilçisi “Fənərbağça” ilə anlaşıb. Klublar artıq keçid üçün son detalları müzakirə edirlər.

Qeyd edək ki, Ceyden Ostervolde 2022-ci ilin yayından “Parma”da çıxış edir.

0.3116991519928