Bakıda səkkiz avtomobil sürücüsünə eyni anda cərimə protokolları gəldi - VİDEO

Bakıda 8 yük avtomobilinin sürücüsü eyni anda cərimə olunub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda, “Ukrayna dairəsi” adlanan ərazidə qeydə alınıb.

Nəqliyyat vasitələrini dairənin yaxınlığında park edən sürücülər qanunsuz yerə cərimə olunduqlarını iddia edirlər. İllərdir avtomobillərini sözügedən ərazidə saxlayan sürücülər əvvələr belə halla üzləşmədiklərini deyirlər. Onların sözlərinə görə, son günlər onlara protokollar tərtib edilir.

Yük avtomobillərinin sahibləri yolda digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadıqlarını iddia edirlər.

Məsələyə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, sürücülər parkalnma qaydalarını pozduqlarına görə cərimə olunublar.

Araz Əsgərli əlavə edib ki, avtomobillər yalnız yol nişanlarında göstərilən qaydalara uyğun saxlanıla bilər.

Daha ətraflı süjetdə:

0.33203101158142