İspaniya La Liqasının 35-ci turunda “Real Madrid” məğlubiyyətlə üzləşib.
hakimiyyet.az xəbər verir ki, “kral klubu” səfərdə “Valensiya”ya uduzub - 0:1.
Matçda yeganə qolu 33-cü dəqiqədə Dieqo Lopez vurub. Madrid klubunun heyətində 90+7-ci dəqiqədə Vinisius Junior qırmızı vərəqə ilə meydandan qovulub.
Məğlubiyyətdən sonra “Real Madrid” 71 xalla 3-cüdür. “Valensiya” isə qələbə sayəsində xalını 40-a çatdırıb və 13-cü pillədə qərarlaşıb.
20:21
İspaniya La Liqasında 35-ci tur davam edir.
hakimiyyet.az xəbər verir ki, “Atletiko” öz meydanında “Osasuna” ilə qarşılaşıb.
Görüş Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
Yannik-Ferreyra Karraskonun hesabı açdığı matçda digər qolları Saul Niqez və Anxel Korrea vurublar. Qələbə sayəsində xallarını 72-yə çatdıran “Atletiko” 2-ci pilləyə yüksəlib.
Komanda bir oyun çox keçirdiyi “Real Madrid”i bir xal üstələyir.