Monteneqro Parlamentinin sədri Daniyela Durovic Azərbaycana gəlib.
“Report” xəbər verir ki, bu barədə Monteneqronun Azərbaycandakı Fəxri Konsulu Vüqar Əliyev “Twiter”dəki hesabında yazıb.
“Monteneqro Parlamentinin sədri xanım Danijela Durovici Bakıda qarşılamaq çox xoş oldu”, - konsul qeyd edib.
Onu Milli Məclisin deputatı İqbal Məmmədov və digər şəxslər qarşılayıblar.