Oğuzda 32 yaşlı qadını maşın vurdu

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərimli kəndindən keçən hissəsində baş verib.

Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Sevinc Sabir qızı İbrahimovanı Balakən sakini Abakər Mehdiyevin idarə etdiyi “KİA” markalı minik avtomobili vurub.

Faktla bağlı araşdırma aparılır.

0.33848404884338