“Real Madrid”dən möhtəşəm geridönüş - VİDEO

“Real Madrid” İspaniya La Liqasının V turunu da itkisiz başa vurub.

hakimiyyet.az xəbər verir ki, “kral klubu” öz meydanında “Real Sosyedad”a qalib gəlib - 2:1.

Hesabı beşinci dəqiqədə qonaqların heyətində Ander Barrenetçea açıb. Lakin Madrid təmsilçisi geridönüş etməyi bacarıb. 46-cı dəqiqədə Federiko Valverde, 60-cı dəqiqələrdə Xoselu fərqləniblər.

Bu qələbədən sonra maksimum - 15 xal toplayan “Real Madrid” turnir cədvəlində vahid liderdir. “Real Sosyedad” altı xalla beşincidir.

0.2874128818512