Məşhur “Transfermarkt” portalı ən dəyərli futbol liqalarının adlarını açıqlayıb.
12 çempionatın yer aldığı siyahıya İngiltərə Premyer Liqası başçılıq edir.
İspaniya La Liqası ikinci, İtaliya A Seriyası üçüncüdür.
Dünyanın ən dəyərli futbol liqaları:
1. Premyer Liqa (İngiltərə) - 10,42 milyard avro;
2. La Liqa (İspaniya) - 4,66 milyard avro;
3. A seriyası (İtaliya) - 4,58 milyard avro;
4. Bundesliqa (Almaniya) - 3,97 milyard avro;
5. Liqa 1 (Fransa) - 3,48 milyard avro;
6. MLS (ABŞ) - 1,27 milyard avro;
7. Primeyra Liqa (Portuqaliya) - 1,26 milyard avro;
8. Pro Liqa (Səudiyyə Ərəbistanı) - 1,18 milyard avro;
9. Superliqa (Türkiyə) - 1,15 milyard avro;
10. Erediviziya (Niderland) - 966,98 milyon avro;
11. Pro Liqa (Belçika) - 833,95 milyon avro;
12. Premyer Liqa (Rusiya) - 797,53 milyon avro.