Avropa Liqası: “Milan” 1/8 finalda, “Qalatasaray”dan erkən vida - YENİLƏNİB + VİDEO

Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilib.

"Qalatasaray" evdə qazandığı üstünlüyü Praqada qoruya bilməyib.

İstanbulda 3:2 hesabı ilə qalib gələn "sarı qırmızılar" 1:4 hesabı ilə məğlub olublar.

"Marsel" "Şaxtyor"u, "Milan" "Renn"i mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, 1/8 finalın püşkü bu gün atılacaq.

Avropa Liqası
Pley-off, cavab oyunları
22 fevral

21:45. “Frayburq” – “Lans” - 3:2
İlk oyun – 0:0
21:45. “Renn” – “Milan” - 3:2
İlk oyun – 0:3
21:45. “Tuluza” – “Benfika” - 0:0
İlk oyun – 1:2
00:00. “Sportinq” – “Yanq Boyz” - 1:1
İlk oyun – 3:1


00:00. “Marsel” – “Şaxtyor” - 3:1
İlk oyun – 2:2

00:00. “Sparta” – “Qalatasaray” - 4:1
İlk oyun – 2:3

00:00. “Roma” – “Feyenord” - 1:1

İlk oyun – 1:1

23:56

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

İlk oyunda doğma meydanda “Renn”ə 3 cavabsız qol vuran “Milan” səfər matçında məğlubiyyətlə üzləşib - 3:2.

Oyunda hesabı ev sahibləri açıblar. 11-ci dəqiqədə Burijo qapını dəqiq nişan alıb. “Milan”ın cavabı çox kecikməyib. 22-ci dəqiqədə Yoviç hesabı bərabərləşdirib.

54-cü dəqiqədə Burijo penaltidən dubla imza atıb. 4 dəqiqə sonra “Milan” Leaonun qolu ilə yenidən hesabda bərabərlik yaradıb.

68-ci dəqiqədə Burijo daha bir penaltini qola çevirərək het-trikini rəsmiləşdirib.

Beləliklə də, “Milan” məğlub olsa da, iki oyunun nəticəsinə görə (3:5) 1/8 finala vəsiqə qazanıb.

0.060001134872437