İsveçin NATO-ya daxil olması barədə müraciətin ratifikasiyası imzalanıb

Macarıstanın yeni Prezidenti Tamas Şuyok İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyasını imzalayıb.

Bu barədə dövlət başçısının aparatı məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, saziş fevralın 26-da Macarıstan parlamenti tərəfindən təsdiqlənib.

Bundan əvvəl “Bloomberg“ agentliyi qeyd edib ki, NATO-nun mənzil-qərargahında martın 1-də İsveç bayrağının asılması ilə bağlı planlaşdırılan rəsmi mərasim Macarıstanın yeni prezidentinin ratifikasiyanı imzalamamasına görə təxirə salınmışdı.

Macarıstan parlamenti Stokholmun NATO-ya daxil olması haqqında sazişi ratifikasiya etdiyi gün Şuyok prezident seçildi.

0.302903175354