Keçmiş striptizçi Şahzadə Harrini çılpaq fotolarını dərc etməklə hədələyir

Keçmiş striptizçi Kerri Royal Şahzadə Harrinin çılpaq fotolarını dərc etməklə hədələyir.

Sasseks hersoqu 2012-ci ildə Las-Veqasda ziyafət təşkil edib. O gecə Şahzadə Harri bir neçə qızla gecələyib. Bundan sonra Britaniyanın “The Sun” qəzeti kral ailəsinin ovaxtkı 27 yaşlı üzvünün yarıçılpaq qadının qucağında çəkilən fotosunu dərc edib.

İndi Kerri Royal iddia edib ki, onda Harrinin daha əvvəl heç kimin görmədiyi başqa təxribat xarakterli şəkilləri var. Keçmiş striptizçi həmin fotoları “OnlyFans” platformasında yerləşdirmək istəyir.

“Onun kitabında adımın çəkilmədiyinə görə qəzəblənmişəm. Demək istəyirəm ki, o, həmin gecə barədə danışanda çox şey buraxıb. Mən təəccüblənirəm ki, o, kiminsə adını xatırlayır, kifayət qədər sərxoş idi. O, aramızda baş verən bir neçə şey haqqında danışa bilərdi, lakin bunu etmədi”, -  deyə Kerri Royal bildirib.

Mənbə: Gazeta.ru

0.74774789810181