“Hər gün yeni çağırışlar meydana gəlir, çox mürəkkəb dünyada yaşayırıq”.
“Report” xəbər verir ki, bunu Çexiyanın keçmiş baş naziri Jan Fişer “Qlobal çağırışlara dayanıqlılığın yaradılması: Resursların qıtlığı və miqrasiya” panelində çıxışı zamanı deyib.
Siyasətçi söyləyib ki, bu gün dünyada əsas problemlərdən biri də iqlim dəyişikliyi ilə bağlıdır:
“Üstəgəl, biz hələ pandemiyanın təsirlərindən xilas olmamışıq. Belə olan halda dünya miqyasında iqlim dəyişiklikləri ilə bağlı problemlər həllini tapmalıdır”.