İspaniyalı fermerlər Madriddə etiraz aksiyaları keçirərək paytaxt küçələrinin bir hissəsini traktorlarla bağlayıblar.
Qeyd olunub ki, nümayişin saat 8:30-da başladığı və yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə saat 12:30-dan 20:00-a qədər) başa çatacaq. Paytaxta müxtəlif şəhərlərdən - Kuenka, Qvadalaxara, Toledo, Avila və Burqosdan 5 fermer kolonu gəlib.
Texnikalar müxtəlif istiqamətlərdən paytaxta daxil olub və yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 14:30) San Xuan de la Kruz meydanında bir yerə yığılıblar. Onların marşrutunun ölkənin Kənd Təsərrüfatı Nazirliyinin binasında başa çatacağı qeyd olunub.
Xatırladaq ki, Madriddə sonuncu nümayiş fevralın 21-də baş tutub.
Mənbə: El Mundo