“Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında iclasın keçirilməsi ilə bağlı qərar var, lakin görüşün tarixi və yeri hələ müəyyən edilməyib”.
Bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, Antalyada keçirilən forumda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç növbəti görüşün İrəvanda keçirilməsini təklif etmişdi.
Mənbə: Ermənistan KİV