ABŞ Tehranın raket proqramını dəstəklədiyi üçün üç ölkənin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

ABŞ hökuməti Tehranın raket və nüvə proqramlarına dəstək verdiyi üçün Almaniya, Türkiyə və Omanda yerləşən şirkətləri sanksiya siyahısına daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Sanksiyalara İranın raketləri üçün karbon lifi tədarük edən şirkətlər əlavə olunub.

Məhdudlaşdırıcı tədbirlər Almaniyanın “Mazixon GmbH and Co KG” və Türkiyənin “Gökler Dis Ticaret Limited Sirketi” şirkətləri ilə bağlı olan bir sıra fiziki şəxslərə də aiddir.

0.036979198455811