Türkiyənin Tekirdağ vilayətinin Saray rayonunda yük maşını (TIR) sərnişin avtobusuna çırpılıb.
Qəzaya səbəb avtomobillərdən birinin işıqforun qırmızı işığında keçməsi olub.
Nəticədə mikroavtobusda olan 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda təcili yardım maşınları və xilasedicilər göndəriliblər. Yaralılar ətraf xəstəxanalara çatdırılıblar.
Mənbə: İHA