Almaniyadan İŞİD xəbərdarlığı: Ölkədə böyük terror təhlükəsi var

“Almaniyaya İŞİD terror təşkilatı tərəfindən böyük təhlükə var”.

Bunu Almaniyanın federal daxili işlər naziri Nensi Faser bildirib.

O qeyd edib ki, söhbət İŞİD-in Xorasan regional qolundan gedir.

Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Nəticədə 150-dən çox şəxs həlak olub.

Mənbə: gazeta.ru

0.082633018493652