Yaponiyada sürətlə nadir bakterial infeksiya yayılır.
Həkimlər infeksiyaların rekord sürətlə yayılmasından narahat olduqlarını bildirirlər.
Söhbət 30%-ə qədər ölüm göstəricisi olan streptokok toksik şok sindromundan (STSS) gedir.
Ötən il 941 xəstədə yoluxma aşkar edilsə də, 2024-cü ilin ilk iki ayında artıq 378 yoluxma halı müəyyən edilib. Mütəxəssislər 50 yaşdan aşağı vətəndaşların risk altında olduğu barədə xəbərdarlıq edirlər.
Qeyd olunur ki, 2023-cü ilin iyul-dekabr ayları arasında STSS diaqnozu qoyulmuş 50 yaşdan aşağı 65 nəfərdən 21-i dünyasını dəyişib.
Mənbə: The Japan Times