Çində dövlət sektorunda məşhur markalı prosessorlarının istifadəsi qadağan ediləcək

Çin hakimiyyəti dövlət sektorunda istifadə olunan kompüter və serverlərdəki Amerika Intel və AMD prosessorlarını mərhələli şəkildə ləğv etmək üçün tövsiyələr təqdim edib.

Bu təlimat həm də yerli seçimlərin xeyrinə “Windows” əməliyyat sistemindən və xarici məlumat bazası proqramından uzaqlaşmaq məqsədi daşıyır.

Qeyd olunur ki, dövlət qurumları çiplər və proqram təminatı alarkən təhlükəsizlik və etibarlılığa diqqət yetirməlidirlər.

Pekin bu addımı Vaşinqtonun Çinə mikroçip və avadanlıq tədarükünü əhəmiyyətli dərəcədə məhdudlaşdıran sanksiyaları səbəbindən atıb.

Mənbə: Financial Times

2.0467798709869