Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə təqsirləndirilən ikinci şəxs Saidakrami Raçabalizoda günahını etiraf edib.
Bu barədə Moskva məhkəməsi məlumat verib verib.
Məhkəmə müstəntiqin vəsatətinin təmin edilməsi və mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, daha əvvəl “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən birinci şəxs Dalerjon Mirzoyev günahını tam etiraf edib.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı
01:12
Rusiyanın İstintaq Komitəsi “Crocus City Hall”a hücumun daha iki iştirakçısını terrorda ittiham edib.
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat verib.
Onların hər ikisi həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıblar.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (mütəşəkkil bir qrup şəxs tərəfindən insan ölümü ilə nəticələnən terror aktı) ilə təqsirləndirilən Fayzov Məhəmmədsobir və Fəriduni Şəmsidin məhkəmə qarşısına çıxarılıblar.
Mənbə: TASS
00:24
Rusiyanın Moskva vilayətində ”Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə bağlı iş üzrə iki nəfər ittiham olunub.
Bu barədə “RİA Novosti” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunur ki, onları ömürlük həbs cəzası gözləyir.