“Salyan şosesində, Bakı Dərin Özüllər Zavodunun yaxınlığında, güclü külək səbəbindən yük maşını aşıb”.
Bu barədə hakimiyyet.az-a hadisə yerindən xəbər verilib.
Məlumatda qeyd olunub ki, aşan TIR-ın ərazidən götürülməsi səbəbindən yolda uzun tıxac yaranıb.
Bundan əlavə, məlumatda o da vurğulanıb ki, Lökbatan dairəsindən Ələt istiqamətində hərəkətdə olan TIR-lar mümkün aşma təhlükəsi üzündən məcburi dayandırılır.”
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab ala bilmədik.
Videonu təqdim edirik:
Əzizə İsmayılova