Bakıda avtomobil vuran kişi komatoz vəziyyətə düşüb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Zabrat-Maştağa şosesində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan 55-60 yaşlı kişi yolun əks tərəfinə keçmək istəyərkən onu “Mercedes” markalı maşın vurub.

Piyada komatoz vəziyyətdə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

1.3591530323029