Premyer Liqa: “Mançester Siti” rəqibini hesabı açmağına peşman etdi - VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turunda “Mançester Siti” səfərdə “Kristal Pelas”ın qonağı olub.

hakimiyyet.az xəbər verir ki, qarşılaşma qonaqların 2:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı üçüncü dəqiqədə meydan sahiblərindən J.Mateta açıb. 10 dəqiqə sonra Kevin de Bruyne hesaba tarazlıq gətirib. İlk hissə bu hesabla yekunlaşıb.

İkinci hissədə qonaqlar 47-ci dəqiqədə R.Luisin qolu ilə hesabda önə keçiblər. Bundan sonra “şəhərlilər” daha iki dəfə (Erlinq Holand - 66-cı dəqiqə, Kevin de Bruyne - 70-ci dəqiqə) fərqləniblər. Meydan sahibləri yalnız 86-cı dəqiqədə hesab arasındakı fərqi azaldıblar. O.Eduard yekun hesabı müəyyən edib.

Qələbə sayəsində “Mançester Siti” 70 xalla ikinci pilləyə yüksəlib.

“Kristal Pelas” isə 30 xalla 14-cü pillədə qərarlaşıb.

 

0.10473895072937