Müğənni Britni Spirs çılpaq fotolarından ildə 100 milyon dollardan çox qazana bilər.
Məlumata görə, müntəzəm olaraq sosial şəbəkələrdə açıq-saçıq fotolar yayımlayan 42 yaşlı Britni Spirsdən “OnlyFans” platformasında hesab yaratması istənilib. Saytın menecerinin sözlərinə görə, yetkinlər üçün müğənninin profili çox populyar olacaq. Ekspert Selesta Franklin əmindir ki, ifaçı qastrol zamanı aldığından qat-qat çox qazanacaq.
“Məncə, layihənin ilk ayda gəliri 13 milyon dollardan 18 milyon dollara qədər ola bilər”, - deyə Franklin bildirib.
Ekspertin sözlərinə görə, müğənninin gəliri sonradan ayda təxminən altı-doqquz milyon dollar olacaq, çünki maraq nisbətən azalacaq. Bir il ərzində müğənni 100 milyon dollar və ya daha çox qazana bilər. Eyni zamanda, ekspert qeyd edir ki, ifaçı platforma üçün məzmunu diqqətlə seçməli olacaq.
Mənbə: Gazeta.ru