“Monterrey” komandasının köməkçi məşqçisi Niko Sançez KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messini tənqid edib.
Görüşdən sonra komandanın baş məşqçisi Xerardo Martino Messi, Luis Suares və Jordi Alba ilə birlikdə qvatemalalı hakim Uolter Lopesdən narazı olduqlarını bildiriblər. Sançes də münaqişəyə qarışıb. O, Messini “şeytan üzlü dəli cırtdan” adlandırıb və həmçinin Martinonu da təhqir edib.
Sançes daha sonra Martinodan üzr istəyib. O, baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Bununla belə, məşqçi Messinin adını çəkməyib.
Xatırladaq ki, həmin oyunda “İnter Mayami” 1:2 hesabı ilə məğlub olub.
Mənbə: The Guardian