İtaliyanın şimalında, Emiliya-Romanya bölgəsində, Suviana su anbarının bəndində partlayış baş verib.
Kamuqnano şəhərinin meri Marko Masinara bildirib ki, partlayış su anbarının səviyyəsindən təxminən 30 metr dərinlikdə, bəndi tənzimləyən elektrik stansiyalarından birinin təxminən 9-cu mərtəbəsində baş verib.
Partlayışın episentri turbinə qoşulmuş generator olub.
Son məlumatlara görə, bəziləri ağır olmaqla 10 nəfər yanıq xəsarətləri alıb. Daha 6 nəfər itkin düşüb, yanğınsöndürənlər və karabinerilər (İtaliyada silahlı qüvvələrin bir növü - red.) onları axtarır. Axtarış əməliyyatlarında ümumilikdə 118 nəfər iştirak edir.
Mənbə: iz.ru