İspaniyanın baş naziri gözlənilən istefası ilə bağlı qərarını açıqladı - FOTO

İspaniyanın Baş naziri Pedro Sançes həyat yoldaşına qarşı istintaqın açılması ilə başlanan siyasi qalmaqal fonunda vəzifəsini tərk etməyəcək.

Bu qərarı barədə Pedro Sançes keçirdiyi canlı yayımda çıxışı zamanı açıqlama verib.

“Həyat yoldaşım və mən bilirik ki, bu qarayaxma kampaniyası dayanmayacaq, 10 ildir bundan əziyyət çəkirik... Amma bunun öhdəsindən gələ bilərik”, - deyə o bildirib.

“Mümkün olduqca, daha qətiyyətli davranmağa qərar verdim”, - deyə Sançes əlavə edib.

Xatırladaq ki, İspaniya hökumətinin başçısı beş gün ərzində istefası ilə bağlı qərar verməyə çalışıb. Bu məqsədlə o, Nazirlər Kabinetinin sədri kimi bütün tədbirləri dayandırıb və ölkəni gərginlikdə saxlayıb.

Buna səbəb Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesə qarşı qaldırılan şəxsi mənfəət və korrupsiya məqsədilə nüfuzdan sui-istifadə şübhəsi üzrə ilkin istintaqdır. İttiham ultrasağçı assosiasiya tərəfindən irəli sürülüb.

Baş nazir özünün “X” hesabında İspaniya vətəndaşları üçün paylaşdığı açıq məktubunda həyat yoldaşı Beqonya Qomesin ultrasağçı hücumlarının hədəfinə çevrildikdən sonra düşünmək üçün pauza götürməyə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, siyasi rəqiblər tərəfindən ailəsinə qarşı edilən bu cür hücumlar dözülməz hala gəlib.

Mənbə: Euronews.com

0.062047004699707