Şıx çimərliyində qoyulan lövhələrdən birindəki yazı ilə real vəziyyət bir-birinin tam əksini ifadə edir.
Bununla bağlı hakimiyyet.az-a şikayət edən paytaxt sakini bildirir ki, Şıx çimərliyi ərazisində qoyulan lövhələrdə nə yazıldığına məhəl qoyan yoxdur.
"Lövhədə masaların pulsuz olduğu yazılsa da, hər masaya görə 15 manat ödəniş tələb olunur. Əgər masalar ödənişsizdirsə, niyə ödəniş tələb olunur, yox əgər ödənişlidirsə, bu lövhələr niyə burada qoyulub? Bu suala cavab verən yoxdur", - deyə paytaxt sakini bildirib.
Fotonu təqdim edirik:
Əzizə İsmayılova