Qayçı ilə sinəsinə ağır xəsarət yetirdi

Bakı sakininə qayçı ilə ağır xəsarət yetirilib.

"Qafqazinfo" xəbər verir ki, hadisə gecə saat 2 radələrində Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində baş verib.

Kamal İbrahimov adlı şəxs sinə nahiyəsinə yetirilmiş ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onu yaralamaqda şübhəli bilinən Valeh Kazımov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

0.061205863952637