Mehdinin doğum günü üçün ən böyük hədiyyəsi dərmanlarını ala biləcəyi pulun toplanmasıdır

2019-cu il təvəllüdlü Mehdi Natiq oğlu Sarıyevin köməyə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Səidə Nəbiyeva məlumat verib.

O qeyd edib ki, övladı dözülməz qıcolmalardan əziyyət çəkir:

"Mehdi doğulandan, demək olar ki, xəstəxanalarda qalmışıq. O, epilepsiyadan əziyyət çəkir. Həm də autizmin əlamətlərini daşıyır. Beş yaşı olmasına baxmayaraq, danışa bilmir. Ondan başqa üç övladım da var. Yoldaşımdan ayrılmışam. Övladlarıma özüm baxıram. Mehdinin müalicəsi üçün üz tutmadığım xəstəxana qalmayıb. Biz Gəncədə yaşayırıq. Burada bir çox özəl klinikalarda, o cümlədən Goranboyda bir sıra xəstəxanalarda olmuşuq. Həkimlər dərman yazsalar da, artıq mənim onları almağa maddi durumum əl vermir.

Müalicələrə davam edə bilməyimiz üçün 800 manata ehtiyacımız var. Xalqımızdan xahiş edirəm, balama kömək etsinlər. Mehdi oynadığı yerdə qıcolması tutur. Digər uşaqlar kimi onun da sağlam olması ən böyük arzumdur. Evimə bazarlıq etmirəm ki, onun dərmanlarını ala bilim. Sabah Mehdinin doğum günüdür. O ilk dəfə ad gününü xəstəxanada yox evdə keçirəcək. Ona görə çox sevinclidir. Mən də çalışıram ki, onun sağlamlığı üçün müalicələrini dayandırmayım".

Ailə ilə əlaqə: (055) 871-35-57.

Leo Bank: 4098 5844 9479 3423.

0.10430192947388