Dörd yaşlı Turanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Fəridə Əliyeva məlumat verib.
O bildirib ki, övladı bir neçə il əvvəl mədəsindən əməliyyat keçirib:
"Turanın dörd yaşı var, bir il əvvəl o mədəsində şiddətli ağrılardan şikayət etdiyi üçün həkimə yollandıq. Həkimlər bizə onun mədəsində polip olduğunu bildirdilər. Bir müddət müalicə etdikdən sonra həmin polipi əməliyyatla götürə bildilər. İndi isə yenidən onun mədəsində polip yaranıb və həkimlər yenidən əməliyyata zərurət olduğunu deyirlər".
Fəridə Əliyeva övladının əməliyyatı üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Turanın əvvəlki əməliyyatı üçün mən qızıllarımı satmışdım. Bu dəfə isə əməliyyatı qarşılamaq üçün satmağa heç nəyim qalmayıb. Yoldaşım fəhləlik edir, özüm isə evdar xanımam, kirayədə yaşayırıq. Turanın əməliyyatı üçün lazım olan 2 500 manatın 1 000 manatını dost-tanışın köməyi ilə toplaya bilmişik. Geridə qalan məbləği toplamaq üçün yardımsevər şəxslərdən dəstək istəyirəm".
Ailə ilə əlaqə: (055) 703-35-36.
Ekspress Bank: 4724 9425 2723 6715.