Azərbaycanda avtomobillərə qaz avadanlığının quraşdırılmasına və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş maşınlara maraq kəskin azalıb.
Xezerxeber.az-ın məlumatına görə, qiyməti ucuz, sərfiyyatı qənaətcil olsa da, tələbat yoxdur.
Bir neçə il əvvəl irihəcmli mühərrikli avtomobillərin sürücüləri arasında qənaət etmək üçün maşınlarına qaz avadanlığı quraşdıranlar az deyildi. İndi isə bu avtomobillərə maraq kəskin azalıb. Ölkəmizdə yanacağın qiyməti dəyişəndən sonra isə bu məsələ yenidən aktuallaşıb. Ustalar deyirlər ki, xüsusilə benzin sərfiyyatı çox olan avtomobillər üçün bir vaxtlar bu yaxşı seçim idi.
Avtomobil ustası Dəniz Ağabəyli bildirib ki, ölkəmizdə avtomobillərə qaz quraşdırılması və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş avtomobillərə maraq kəskin azalıb. Onun sözlərinə görə, buna əsas səbəb sonradan avtomobildə nasazlıqların və əlavə xərclərin yaranmasıdır.
Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-95 markalın benzinin bir litrinin qiyməti 1 manat 60 qəpik, Aİ-92 markalı benzinin qiyməti 1 manat 10 qəpik, dizelin qiyməti 1 manat, maye qazın satış qiyməti isə 65 qəpikdir.
Ətraflı süjetdə:
Azərbaycanda qazla işləyən avtomobillərə maraq kəskin azalıb