Cənubi Koreyada istilər: Minlərlə insan xəstələndi, yüzminlərlə heyvan tələf oldu

Cənubi Koreyada istiliklə bağlı xəstəliklər və mal-qara tələfatı artıb.

hakimiyyet.az "KBS World"ə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 20-dən bu yana istidən əziyyət çəkən xəstələrin sayı ötən illə müqayisədə 19 nəfər artaraq 2 141 nəfərə çatıb. Bu müddət ərzində 20 nəfər anomal istilərin yaratdığı xəstəliklərdən dünyasını dəyişib.

Builki istilər həmçinin 562 min heyvanın həyatına son qoyub.

Bundan əlavə, ölkə üzrə 55 balıq təsərrüfatında 500 minə yaxın balığın öldüyü bildirilir.

0.051782131195068