Bir ailədən üç nəfərin öldüyü hadisənin detalları məlum oldu

Avqustun 9-dan 10-na keçən gecə Zərdab rayonu ərazisində 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

"Qafqazinfo"nun məlumatına görə, qəzada həyatını itirən şəxslərdən 13 yaşlı Xədicə Eyvazlı Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi imiş. Onunla birgə yaxın qohumu olan 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və onun 3 yaşlı qızı Mədinə də aldıqları xəsarətlərdən vəfat edib.

Bildirilir ki, avtomobildəkilərin hamısı bir ailənin üzvü və yaxın qohumlar olublar. Onlar Ağcabədidən Bakıya A.Quliyevanı və 3 yaşlı qızını xəstəxanada müayinə etdirmək üçün gəlibmiş. Hadisə də rayona qayıdarkən baş verib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Quliyev Niyaməddin Eyvaz oğlunun idarə etdiyi "VGV U75 Plus" markalı 77-YE-816 dövlət qeydiyyat nişanlı avtomobil Kürdəmir-Zərdab yolunda aşıb. Nəticədə sürücünün qızı 2011-ci il təvəllüdlü Xədicə Eyvazlı, onun yaxın qohumu 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və A.Quliyevanın qızı 2021-ci il təvəllüdlü Mədinə vəfat edib.

Sürücü və digər sərnişinləri: qızı Həcər və Raya, eləcə də 1980-ci il təvəllüdlü İlqar Quliyev, 1989-cu il təvəllüdlü Tünzalə Quliyeva, 2012-ci il təvəllüdlü Lalə Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Azərbaycanda məktəbli faciəli şəkildə dünyasını dəyişib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbi məlumat yayıb.

Bildirilib ki, 7c sinif şagirdi Xədicə Niyaməddin qızı Eyvazlı vəfat edib.

O, avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

, avqust ayının 9-da saat 23 radələrində Ağcabədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücünün 3 və 14 yaşlı qızları, həmçinin onun yaxın qohumunun 4 yaşlı qızı faciəli şəkildə həyatlarını itiriblər.

1.9944219589233