Aleksandar Vuçiç sui-qəsdlə üzləşə bilər

ABŞ-nin keçmiş prezidenti Donald Tramp və Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdindən sonra Serbiya Prezidenti Aleksandar Vuçiçin də həyatı təhlükə altında ola bilər.

hakimiyyet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu açıqlama ilə Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin çıxış edib.

O qeyd edib ki, bu barədə Aleksandar Vuçiçə xəbərdarlıq da edib.

"Cənab Fitsoya, daha sonra Donald Trampa qarşı sui-qəsd cəhdi olandan sonra söylədim ki, Prezident Vuçiç də hazırlaşmalıdır", - deyə Aleksandr Vulin vurğulayıb.

Vulinin sözlərinə görə, Ukraynadakı situasiyanın sülh yolu ilə düzəlməsinin tərəfdarı olanların hamısının "başına nəsə bir iş gəlir".

0.055013179779053