Bakıda yanğın su hovuzu aylardır təhlükə saçır

Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 16 ünvanında yerləşən ehtiyat su anbarının üzəri çöküb.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən ərazidə təhlükəli vəziyyət yaranıb.

Sakinlər deyirlər ki, bura uşaq bağçası və yaşayış binalarının bir addımlığında yerləşir. Həmin su anbarının beton sütunu altı aydır ki, çöküb. Ancaq hələlik problem aradan qaldırılmayıb və ərazidə təhlükə getdikcə artmaqdadır.

Problemlə bağlı aidiyyəti üzrə məlumat verilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin su anbarının üzərində avtomobil park edilib. Çökmə də bu səbəbdən baş verib. Bununla belə, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi üçün və problemin aradan qaldırılması üçün icra hakimiyyəti Fövqəladə Hallar Nazirliyinə yazılı məktub göndərib. İcra hakimiyyətindən o da bildirildi ki, bu gün qurumun əməkdaşları tərəfindən çəkiliş aparılandan sonra təhlükəsizlik tədbirləri görülüb. Quyunun ətrafı lentlənib və yaxınlığında insanların girişi məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, qeyd olunan yanğın su hovuzunun nasaz vəziyyətdə olması bu qurumun mütəxəssisləri tərəfindən bir neçə ay əvvəl müəyyən edilib və müvafiq tədbirlərin görülməsi üçün cari ilin mart ayında aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlanıb.

Ətraflı süjetdə:

Bakıda yanğın su hovuzu aylardır təhlükə saçır

Bakıda yanğın su hovuzu aylardır təhlükə saçır

0.55858683586121