Türkiyənin Hatay vilayəti yaxınlığında 5.2 bal gücündə zəlzələ baş verib.
hakimiyyet.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, Hatayla həmsərhəd olan Suriyanın Hama bölgəsində güclü yeraltı təkanlar qeydə alınıb.
Zəlzələnin episentri Hatayın Yayladağı bölgəsindən 102.96 km aralıda olub.