Avtomobil alarkən diqqət yetirməli olduğunuz məqam: Ən etibarlı modellər

Ciddi təmir olmadan 400 min km-dən çox yol qət edə biləcək avtomobillərin reytinqi tərtib edilib.

hakimiyyet.az xəbər verir ki, reytinqi ABŞ-nin avtomobil təsnifatçısı "iSeeCars" təqdim edib.

Mütəxəssislər 2012-2023-cü illər arasında satılan avtomobilləri araşdıraraq, illik orta yürüş göstəricilərindən istifadə etməklə bu reytinqi hazırlayıblar.

Məlum olub ki, ümumilikdə avtomobilin 400 min km yol qət etmə ehtimalı 8.6% təşkil edir. Lakin elə modellər var ki, onların bu göstəricisi digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, reytinqdə "Toyota Tundra" pikapı 36.6% göstərici ilə lider olub. Onun ardınca "Toyota Sequoia" gəlir - 36.4%. Üçüncü yerdə isə "Toyota 4Runner" qərarlaşıb - 26.8%.

Reytinqə, həmçinin "Toyota Tacoma", "Toyota Highlander Hybrid", "Honda Ridgeline", "Chevrolet Suburban", "Toyota Avalon", "Lexus GX", "Chevrolet Silverado 1500", "GMC Yukon XL", "Chevrolet Tahoe", "Honda Pilot", "Honda Accord", "GMC Sierra 1500", "Ford F-150", "Toyota Highlander", "Nissan Titan", "Honda CR-V" kimi modellər də daxil olub.

1.7024981975555